Azərbaycanda gömrük statuslu depoların fəaliyyətə başlaması təklif olunur
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkə ərazisində gömrük statuslu depoların fəaliyyətə başlamasını təklif edib.
Təklifi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə səsləndirib.
"KOB subyektlərinin "Yaşıl dəhliz" xidmətindən istifadəsinin daha əlçatan olması, onların buna təşviq edilməsi üçün prosedurlara yenidən baxılmasına ehtiyac var. KOB-ların gömrük xidmətlərinə çıxışının sadələşdirilməsi diqqət çəkən məsələlərdəndir: "Azərbaycanda yük daşımaları, o cümlədən tranzit daşıma prosesində hər hansı müştərinin hesabında və ya sənədlərində problem ortaya çıxdığı halda məsələ həll edilənə qədər TİR-lər yüklə bərabər gözləmə məcburiyyətində qalır, bu isə bəzən günlər və yaxud həftələrlə uzana bilər. Burada beynəlxalq təcrübəni nəzərə alaraq və nəqliyyat vasitələrinin idxal və tranzit yükləmələrində boşdayanmaların qarşısının alınması üçün ölkə ərazisində gömrük statuslu depoların fəaliyyətə başlamasını təklif etmək olar", - o deyib.
Sədr vurğulayıb ki, idxal-ixrac fəaliyyəti ilə məğul olmaq istəyən sahibkarlar bəzi hallarda prosedurlardan məlumatsız olur: "Baxmayaraq ki, həm qida təhlükəsizliyi, həm də gömrük prosedurlarının bir çox hissəsi elektronlaşdırılıb, lakin prosesin həyata keçirilməsində və aidiyyəti qurumlardan məlumatların əldə edilə bilməsindəki bəzi çətinliklər KOB-lar üçün maneələr yaradır. Təklif edirəm ki, idxal-ixrac prosedurlarının bütün mərhələləri üzrə məlumatlar açıq elektron resurslarda yerləşdirilsin, eyni zamanda sənədləşmə prosedurları sadələşdirilsin".
"KOBİA olaraq dövlət-biznes dialoqu platformasında təşkil olunmuş bugünkü forumdan gözləntilərimiz çoxdur. Düşünürük ki, müzakirələrlə öz işini davam etdirəcək bugünkü tədbir – ölkədə aparılan islahatlar və mövcud qanunvericiliyin tələbləri, onun mahiyyəti, eləcə də tənzimləyici qurumların gözləntiləri haqqında daha dolğun təsəvvürün yaranmasına fürsət yaradacaq", - O.Məmmədov əlavə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 4 saat sonra
-
12 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb












.jpg)








.jpg)




