AvtoVAZ-ın rəhbəri Lada avtomobillərinin qiymətinin nə qədər artacağını açıqlayıb
2023-cü ildə Lada avtomobillərinin qiyməti gözlənilən inflyasiyadan az artacaq.2023-cü ildə Rusiyada Lada avtomobillərinin qiymətlərinin artımı proqnozlaşdırılan inflyasiyadan xeyli az olacaq.
Marja xəbər verir ki, bunu AvtoVAZ-ın rəhbəri Maksim Sokolov bildirib.
Rusiyada inflyasiyanın 5-7% səviyyəsində olması Mərkəzi Bankın növbəti il üçün hazırkı proqnozudur. İqtisadi İnkişaf Nazirliyi bunu 5,5% səviyyəsində proqnozlaşdırır.
"İndiyə qədər biz qiymət artımının inflyasiyadan az olacağını güman edirik. İnflyasiya proqnozları əhəmiyyətli dərəcədə aşağıdır", - o, 2023-cü ildə brendin avtomobillərinin qiymətləri ilə bağlı sualı cavablandırarkən deyib.
AvtoVAZ Togliatti və İjevskdə istehsal sahələrinə sahibdir. Mayın ortalarında Fransanın Renault şirkəti öz payını (67,69%) Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib. AvtoVAZ-ın yeni rəhbərliyi bütün model xəttinin istehsalını 2023-cü ildə bərpa etmək niyyətini açıqlayıb. İndi brend dörd model ailəsindən ibarətdir: Vesta, Largus, Granta və Niva.
Həmçinin, AvtoVAZ keçmiş Nissan zavodunda baha olı Lada avtomobillərini istehsal etməyi planlaşdırır. Sankt-Peterburqdakı keçmiş Nissan zavodunda istehsalın 2023-cü ilin ikinci yarısında yenidən başlaması planlaşdırılır.
Keçmiş Nissan zavodunda premium avtomobillərin mümkün istehsalı ilə bağlı sualı cavablandıran Maksim Sokolov, "Premium deyil, lakin daha bahalı. Bu, C və D sinfi olacaq" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
29 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 30 d. əvvəl
-
47 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 55 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























