"Türkiyə qazın xalis idxalçısı olaraq qalacaq"
"Türkiyədə Qara dənizdə kəşf edilən qaz yatağı kiçikdir və ümumi daxili istehlakın yalnız kiçik bir hissəsini təmin edə bilər, ona görə də ölkə xalis idxalçı olaraq qalacaq".
Marja.az xəbər verir ki, bunu Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbərinin müavini Aleksey Qrivaç bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Qara dənizdə ehtiyatı 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini açıqlayıb.
"Bu kiçik bir kəşfdir. Bu, Türkiyənin gələn ilin birinci rübündə istifadəyə verəcəyi və istehlakının yalnız 15-20%-ni təmin edəcək Qara dənizdəki ən iri yatağından 10 dəfə kiçikdir. Yəni Türkiyə yenə də xalis qaz idxalçısı olaraq qalacaq”, - Qrivaç bildirib.
Türkiyə 2020-ci ildə Qara dənizdə həcmi 540 milyard kubmetr olan böyük qaz yatağı kəşf edib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yatağı ölkənin ən böyük yatağı adlandırıb. Ərdoğan bildirib ki, yenidən qiymətləndirilmə ilə bu yatağın ehtiyatı 652 milyard kubmetrə yüksəlib. 58 milyard kubmetr ehtiyatı olan yeni yataq daxil Qara dənizdə kəşf edilmiş ümumi qaz ehtiyatları 710 milyard kubmetrə çatıb və beynəlxalq bazarlarda “bugünkü məzənnə ilə” 1 trilyon dollar dəyərindədir.
Qrivaç hesab edir ki, yatağın kəşfi çətin ki, Türkiyədə qaz qovşağının inkişafına təsir göstərsin.
Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Tayyib Ərdoğan bundan əvvəl regionda ticarət platformasının - qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırmışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 26 d. əvvəl
-
-
39 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 56 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə



























