Azərbaycanda yığılan velosipedlər təqdim edildi

İyulun 6-da Bakıda “Park Bulvar” ticarət mərkəzində İmayıllı Velosiped Zavodunun 50-yə yaxın velosiped modelinin təqdimatı keçirilib.
“Marja”nın məlumatına görə, tədbirin açılışında bildirilib ki, “İSMA Bike”Azərbaycanın ilk velosiped markasıdır. “İSMA Bike” velosipedlərinin istehsal olunduğu İmayıllı Velosiped Zavodu bir neçə aydır istehsala başlayıb.
ZAVOD “SYNERGY GROUP”A MƏXSUSDUR
İmayıllı Velosiped Zavodu Azərbaycanın iri işirkətlər qruplarından biri olan “Synergy Group”a məxsusdur. “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov çıxış edərək bildirdi ki, 2010-cu ildən fəaliyyət göstərən “Synergy Group” ölkənin müxtəlif sektorlarına iri investisiyalar yatırmışdır. Holdinqin istehsal etdiyi kənd təsərrüfatı məhsulları, tikinti materialları və spirtli içkilər bir neçə ölkəyə ixrac edilməkdədir: “Bununla biz “Made in Azerbaijan” brendinini dünyaya tanıdırıq. İstehsalına yeni başladığımız bu rəngarəng velosipedlər keyfiyyətilə seçilir və onlar alıcıların zövqünü oxşayacaqdır”.
AZƏRBAYCANIN İLDƏ 100 MİN ƏDƏD VELOSİPEDƏ TƏLABATI VAR
Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bildirdi ki, sağlam həyatın əhəmiyyəti başa düşüldükcə velosiped sürənlərin sayı günü-gündən çoxalır. Gələcəkdə daxili bazarda velosipedlərə təlabat daha da artacaqdır:
“Hazırda İsmayıllı Velosiped Zavodunun istehsal gücü 30 min ədəd velosipeddir. Azərbaycanın ildə 100 min ədəd velosipedə təlabatı var. Mən hesab edirəm ki, zavodun istehsal gücü artırılmalıdır və ən geci 2 ilə buna nail olacağıq. Gələcəkdə zavodda əlil arabaları daxil digər məhsullar da istehsal olunacaqdır. Velosiped İdmanı Federasiyası zavodun fəaliyyətinə öz dəstəyini verəcəkdir”.
COCA COLA SİFARİŞ VERİB
Tədbirin aparıcısı bildirdi ki, artıq zavodun məhsullarına sifarişlər var. Məsələn, dünyanın ən məşhur brendlərindən biri olan “Coca Cola” şirkətilə İsmayıllı Velosiped Zavodu arasında 200 ədəd velosipedin alınması ilə bağlı müqavilə imzalanıb. İş adamları da İsmayıllı Velosiped Zavodunun məhsullarının satışına maraq göstərirlər və hazırda onlarla danışıqlar aparılır.
İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanov çıxış edərək bildirdi ki, təqdimatın keçirilməsində məqsəd insanların fikirlərini öyrənməkdir:
“Biz istəyirik ki, insanlar nümayiş etdirdiyimiz bu modellərə qiymət versinlər və biz də istehsal fəaliyyətimizi onların istəklərinə uyğun quraq”.
EHTİYAT HİSSƏLƏRİ YAPONİYANIN MƏŞHUR “SHİMANO” ŞİRKƏTİNDƏN DƏ ALINIR
Elçin Qəhrəmanov qeyd etdi ki, 30 nəfərin çalışdığı zavod Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Ehtiyat hissələri Tayvan, Malaziya, Bolqarıstan və Yaponiyadan alınır:
“Dünyadakı velosiped brendlərinin 80%-i Yaponiyanın “Shimano” şirkətinin ehtiyat hissələrindən istifadə edir. Biz də yüksək keyfiyyətli bu ehtiyat hissələrindən istifadə edək.
DİSK VƏ TƏKƏRLƏRİ YERLİ İSTEHSALDIR
Tədbirin sonunda zavodun direktoru Elçin Qəhrəmanov “Marja”ya bildirdi ki, disk və təkərlər İsmayıllı Velosiped Zavodunda istehsal olunur. Xaricdən ramalar və ehtiyat hissələri alınır. Bir velosipedin istehsalında 100-ə yaxın detaldan istifadə edilir ki, bütün detalların da bir zavod tərəfindən istehsal edilməsi mümkün deyil:
“Dünyada bütün velosiped zavodları ehtiyat hissələrini tam özü istehsal etmir. Bir velosipedin yığılmasında 100-dən çox detaldan istifadə olunur. Bu qədər detalın istehsalı ayrı-ayrı istehsal sahələri deməkdir. Dünyada velosiped ehtiyat hissələrinin istehsalı üzrə ixtisaslaşmış şirkətlər var. Bütün zavodlar lazım olan hissələri həmin şirkətlərdən alırlar. Gələcəkdə təkər və diskdən başqa bəzi hissələri də zavodda istehsal edə bilərik”.
“QİYMƏTLƏRİMİZ MÜNASİB OLACAQ”
Elçin Qəhrəmanov qeyd etdi ki, velosiped ehtiyat hissələrinin gömrük idxal rüsumundan azad edilməsi İsmayıllı Velosiped zavoduna bazarda rəqabət aparmaqda üstünlük verir:
“Biz keyfiyyətə böyük önəm veririk. Qiymətlərimiz də münasib olacqdır, təxminən 70-80 manatdan başlayacaqdır”.
20 YANVARDA MAĞAZASI AÇILACAQ
Zavodun direktoru bildirdi ki, yaxın günlərdə 20 Yanvar metro stansiyası yaxınlığındakı Velotrekdə İsmayıllı Velosiped Zavodunun satış mağazası fəaliyyətə başlayacaqdır. Eyni zamanda, zavod dilerlər ilə işləyəcəkdir. Artıq Bakı, İsmayıllı, Lənkəran, Goranboy və Gəncədə fəaliyyət göstərən iş adamları yerli velosipedlərin satışı ilə məşğul olmaqda maraqlıdırlar.
Yaxın 15 gün ərzində satışlar başlayacaqdır. Satışlar əsasında lokomotiv modellər seçiləcək, yəni ən çox təlabat olan modellərə uyğun istehsal qurulacaqdır. Hazırda zavodda 30 nəfər çalışır. Yaxın 2 ildə işçilərin sayının 100 nəfərə çatacağı gözlənilir.
Zavodun direktoru sonda qeyd etdi ki, Azərbaycan bazarında ucuz qiymətə satılan xarici istehsal velosipedlər keyfiyyətsizdir. Tezliklə, keyfiyyətsiz velosiped idxalının qarşısı alınmlıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
39 d. əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
5 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
5 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
- 6 saat əvvəl
-
7 saat əvvəl
O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone


İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır

“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib - FOTOLAR

Bakı Yivudan gələn 237-ci qatarı qarşıladı
