Hərraca 45 dövlət əmlakı çıxarılacaq
24, 27 və 31 yanvar tarixlərində keçiriləcək hərraclara 45 dövlət əmlakı çıxarılacaqİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək.
Xİdmətin yaydığı məlumatda bildirilir ki, bu hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
24 yanvar tarixində keçiriləcək hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1.300 manat, ən yuxarı ilkin qiyməti isə 102.500 manatdır.
27 yanvar tarixində keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
31 yanvar tarixində keçiriləcək hərraca müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)






.jpg)

