Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

UBS 2023-cü ilin ortalarında neftin qiymətinin 110 dollar olacağını proqnozlaşdırır

UBS: Rusiyaya qarşı sanksiyalar və neft hasilatına investisiyanın olmaması 2023-cü ildə qiymətləri artıracaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
UBS 2023-cü ilin ortalarında neftin qiymətinin 110 dollar olacağını proqnozlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsveçrənin böyük maliyyə holdinqi UBS ilin ikinci yarısında Brent markalı neftin qiymətinin ötən illə müqayisədə 30%-dən çox artacağını proqnozlaşdırır.

Marja xəbər verir ki, Banka görə, Rusiyaya qarşı sanksiyalar və neft hasilatına investisiyanın olmaması 2023-cü ildə qiymətləri artıracaq.

UBS ekspertlərinin fikrincə, 2023-cü ilin ikinci yarısında Brent markalı neftin qiyməti bir barel üçün 110 dollara qədər yüksələcək və yaxın aylarda 100 dollar/barel həddinin aşılması gözlənilməlidir.

UBS qeyd edib ki, 2022-ci ilin iki əsas problemi - Rusiyanın enerji resursları ixracını azaltmaq cəhdləri və uzun illər neft hasilatına kifayət qədər sərmayə qoyulmaması 2023-cü ildə də qalacaq. Keçən il ən çox kömür qiymətləri artıbsa, indi neftin qiymətinin qalxması ehtimalı daha yüksəkdir.

Həmçinin inkişaf etməkdə olan bazarlarda, xüsusən də Çində enerjiyə tələbatın bərpası qiymətləri dəstəkləyəcək. UBS Çində bu il tələbatın  pandemiyadan əvvəlki - 2019-cu il səviyyəni keçəcəyini proqnozlaşdırır. 

“Buna görə də biz neft qiymətlərinin qarşıdakı aylarda 100 dollar/bareldən yuxarı qalxacağını, Brent markalı neftin 2023-cü ilin ortalarında və 2023-cü ilin sonunda 110 dollar/barelə (WTI 107 dollar/barel) çıxacağını gözləməkdə davam edirik”, - proqnozda deyilir.

04.01.2023 20:10
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18