Yelo Bankın xalis mənfəəti 2 dəfədən çox azalıb
Yelo Bank 2022-ci ili 5,2 milyon manat xalis mənfəət ilə başa vurub.
Bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edək ki, Yelo Bank 2021-ci ili 11 milyon 733 min manat xalis mənfəət ilə bağlamışdı. Yelo Bankın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2,2 dəfə azalıb.
Press-relizdə qeyd edilib ki, hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 mln manat olub. Bu isə 2021-ci il ilə müqayisədə 23 mln manat daha çoxdur. Qeyd edək ki, Bank ili
Yelo Bank 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən başlatdığı müsbət artım dinamikasını son rüb də davam etdirib. Belə ki, Bankın aktivləri bir il ərzində 287 mln manat artaraq 821 mln manatı keçib.
Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla davam etdirilir. Ümumi portfel il ərzində 176 mln artaraq 622 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. 2022-ci il ərzində Yelo Bank tərəfindən 19 mindən çox biznes krediti verilib ki, nəticədə biznes kredit portfeli 137 mln, yəni 53% artaraq 396 mln manata yüksəlib.
Dördüncü rüb ərzində 5000-dən çox müştəriyə 46 mln manat istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə kredit portfeli il ərzində 22%, yəni 39,9 mln artımla 220 mln manatı ötüb. Bu satışın 30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə Yelo Banka olan inam və etibarın göstəricisidir. Belə ki, 2022-ci il ərzində 10 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 mln manatı ötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da sürətlə artması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər baxımından əlverişli olduğunu göstərir.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 93 mln manatı ötüb. Bu da requlyativ tələbdən 43 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.84% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Qeyd edilib ki, 2022-ci il ərzində Yelo Bank xidmət şəbəkəsini genişləndirib. Regionlarda bir neçə filial açılıb, mövcud filiallar isə təkmilləşdirilib. Yeni istifadəyə verilən filialların əksəriyyəti rəqəmsal konseptlidir. Belə konseptli filialların əsas məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildə müştərilərə təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasına töhfə verməkdir.
2022-ci ildə Yelo Bankın nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-dək çoxalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
3 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 4 saat əvvəl
-
5 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
5 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
5 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)








.jpg)








