Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlıq müzakirə olunub
Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizə səfər edən Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Mərkəzi və Şərqi Avropa regionu üzrə yeni direktoru xanım Rana Karadşeh və onu müşayiət edən IFC-nin Cənubi Qafqaz regionu və Azərbaycan üzrə ofislərinin rəhbərləri ilə görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın IFC ilə uzunmüddətli əməkdaşlığı məmnunluqla qeyd olunub, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ölkə üzrə investisiya mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatı rəqabətliliyi və maliyyə resurslarına çıxış, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın, maliyyə bazarının inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı, dənizdə külək enerjisi də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə maliyyə-texniki dəstək layihələrinin əhəmiyyəti qeyd olunub.
Xanım Rana Karadşeh təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək IFC-nin Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























