BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib
Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya-Ukrayna müharibəsi və inflyasiya ilə davam edən mübarizə səbəbindən qlobal iqtisadi artım tempinin bu il 3,4 faizdən 2,9 faizə enəcəyini proqnozlaşdırıb. Eyni zamanda, BVF 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu oktyabr ayında proqnozlaşdırılandan 0,2 faiz bəndi yüksək , 2,9 faiz olaraq açıqlayıb.
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2022-ci ildəki 3,4 faizdən 2023-cü ildə 2,9 faizə düşəcəyini, 2024-cü ildə isə 3,1 faizə yüksələcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, bu BVF-nin Dünyanın İqtisadi Mənzərəsi (WEO) hesabatında deyilir.
2023-cü il üçün proqnoz 2022-ci ilin Oktyabr ayındakı Dünyanın İqtisadi Mənzərəsi hesabatında proqnozlaşdırılandan 0,2 faiz bəndi yüksəkdir, lakin tarixi orta göstəricidən (2000-20119-cu illərdə orta hesabla 3,8 faiz) aşağıdır.
BVF qeyd edib ki, yüksək inflyasiya ilə mübarizə üçün mərkəzi bank faizlərini yüksəldmələri və Rusiyanın Ukraynadakı müharibəsi iqtisadi fəaliyyətə mənfi təsir etməkdə davam edir. Çində COVID-19-un sürətlə yayılması 2022-ci ildə artımı zəiflədib, lakin bu yaxınlarda yenidən açılma gözləniləndən daha sürətli bərpa üçün yol açıb.
Qlobal inflyasiyanın 2022-ci ildəki 8,8 faizdən 2023-cü ildə 6,6 faizə və 2024-cü ildə 4,3 faizə düşəcəyi, hələ də pandemiyadan əvvəlki (2017-19) təxminən 3,5 faiz səviyyəsindən yuxarı olacağı gözlənilir.
Hesabatda qeyd edilib ki, risklər balansı aşağıya doğru meylli olaraq qalır, lakin mənfi risklər 2022-ci ilin oktyabr ayından sonra azalıb. Bir çox iqtisadiyyatlarda inflyasiya səngiyib. Eyni zamanda, Rusiyanın Ukraynadakı müharibəsi güclənə bilər və qlobal maliyyələşdirmə xərclərinin daha da sərtləşməsi borc problemini pisləşdirə bilər. Digər geosiyasi parçalanma də iqtisadi tərəqqiyə mane ola bilər.
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da iqtisadi artımın bu il 1,4% (oktyabr ayı proqnozundan cəmi 0,4 bəndi çox), 2024-cü ildə isə 1% ( oktyabr proqnozundan 0,2 faiz bəndi az) təşkil edəcəyini gözləyir. BVF bu il Çinin ÜDM artımı ilə bağlı proqnozunu 5,2%-ə qədər yaxşılaşdırıb (Oktyabr ayındakı proqnoz ilə müqayisədə 0,8 bənd çox).
Fond Avro zonasında iqtisadi artımın 2023-cü ildə 0,7%, 2024-cü ildə isə 1,6% olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 21 d. əvvəl
-
- 27 d. əvvəl
-
29 d. əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
32 d. əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
33 d. əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
- 40 d. əvvəl
-
40 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
15 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
Son Xəbərlər

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
