Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
Analitiklər CNBC-yə bildiriblər ki, Rusiya xam neftinə tətbiq edilən sanksiyalar indiyədək uğursuz olub və yeni qiymət hədləri də əhəmiyyətsiz ola bilər.
Marja xəbər verir ki, Avropa İttifaqı bazar günündən etibarən dizel və təyyarə yanacağı da daxil olmaqla, Rusiyadan emal olunmuş neft məhsullarının idxalını qadağan etməyi planlaşdırır.
27 üzvlü blok artıq dekabr ayından etibarən Rusiya xam neftinin alınmasına və idxalına qadağa qoyub.
Bundan əlavə, blok - G7 və Avstraliya ilə birlikdə Rusiyanın dəniz ilə daşınan xam neftinə qiymət həddi təyin edib. Bu tələb, neft 60 dollardan aşağı satılmadığı təqdirdə dəniz sığortası, maliyyə və digər xidmətlərdən istifadəni qadağan edir.
Bu sanksiyalar Moskvanın Ukraynadakı müharibəsi üçün vəsait toplamaq imkanlarının qarşısını almaq üçün qlobal səylərin bir hissəsidir.
Analitiklər bildirirlər ki, Rusiya neftinin ixracı kəsilməyib və “ölkə ixracını yüksək səviyyədə saxlayıb”.
Rusiya neftinin hələ də xarici bazarlara necə axdığı səudiyyəliləri belə təəcübləndirir.
Analitiklər qeyd edir ki, Rusiya nefti Çin və Hindistan bazarlarına yol tapır. Çin və Hindistan keçən il Rusiya xam neftinin yüksək endirimli qiymətlərindən kifayət qədər böyük fayda əldə ediblər. Həm Çin, həm də Hindistan güzəştli tariflərdən yararlanaraq, Moskvanın Ukraynaya hücumundan sonra Rusiya neftinin alışını artırıb.
Analitiklər qeyd edirlər ki, sanksiyalar sadəcə işləmir.
İxrac davam etsə də, Rusiyanın Urals neftinin qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə aşağı düşüb. ″Reuters “in verdiyi məlumata görə, bu ilin yanvarında Rusiyanın Urals neftinin orta qiyməti 49,48 dollar/barel olub. Reuters-in məlumatına görə, bu, Aİ və G-7 tərəfindən müəyyən edilmiş 60 dollarlıq qiymət həddindən və keçən ilin yanvarından 42% aşağıdır.
Reuters agentliyinin məlumatına görə, fevralın 5-dən təbiqinə başlanılması planlaşdırılan, Rusiyanın neft məhsullarına təklif edilən qiymət məhdudiyyətləri barədə üzv ölkələr hələ də qiymət həddi ilə bağlı razılığa gəlməyiblər. Cümə gününə qədər razılaşma əldə olunacağına ümid edilir.
Finlandiyanın müstəqil analitik mərkəzinin hesabatına görə, Aİ-nin Rusiya neftinin idxalına qadağası və G-7-nin qiymət həddi ilk ayıında Moskvaya gündə təxminən 160 milyon avroya (174,3 milyon dollar) başa gəlib. Sanksiyalar bu tədbirlərin 2022-ci ilin son ayında Rusiyanın neft ixracından əldə etdiyi qazancın 17% azalmasına səbəb olduğunu bildirilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
10 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 11 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)






.jpg)



.jpg)








