Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-ın ticarət kəsiri 2022-ci ildə rekord həddə çatıb

2022-ci ildə kəsir 948,1 milyard dollar olub
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın ticarət kəsiri 2022-ci ildə rekord həddə çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın xarici ticarət kəsiri 2022-ci ildə əvvəlki illə müqayisədə 12,2% artaraq 948,1 milyard dollar olmaqla rekord həddə çatıb.

Marja xəbər verir ki, bunu ABŞ Ticarət Nazirliyinin çərşənbə axşamı açıqladığı məlumatlar göstərir.

2022-ci ildə əmtəə və xidmətlər üzrə kəsir 2021-ci ildəki 845 milyard dollarla müqayisədə 103 milyard dollar artaraq 948,1 milyard dollar təşkil edib.

Dekabr ayında kəsir 10,5% artaraq 67,4 milyard dollara çatıb.

2022-ci ildə ABŞ-ın ixracı 2021-ci ilə müqayisədə 453,1 milyard dollar artaraq 3 trilyon dollardan çox olub, idxal 2021-ci ildən 556,1 milyard dollar artaraq 3,96 trilyon dollar təşkil edib.

Dow Jones-un məlumatına görə, ABŞ-ın ticarət kəsiri artıq üçüncü ildir ki, tarixi maksimuma çatır. Əgər 2022-ci ildə bu rəqəm 948,1 milyard dollar təşkil edibsə, altı il əvvəl rəqəm bunun yarısı idi. Agentlik qeyd edir ki, ABŞ uzun illər ərzində böyük ticarət kəsiri ilə üzləşib və adətən bu, iqtisadi göstəricilərə ciddi təsir göstərmir.

08.02.2023 10:51
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18