Azərbaycana uçuşları bərpa edir -766 manatdan
Küveytin "Wataniya Airways" aviaşirkəti Azərbaycana uçuşları bərpa edir. "KUNA" agentliyinin istinadən verdiyi məlumatına görə, aviaşirkət Azərbaycan da daxil olmaqla, Tbilisi (Gürcüstan) və Sarayevoya (Bosniya və Herseqovina) olan uçuşlarını bu həftədən etibarən yerinə yetirməyə hazırlaşır.
Qeyd edək ki, ilk uçuş iyulun 11-də Tbilisiyə reallaşdırılacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə edilən məlumata görə, Bakıya uçuşların yerinə yetirilməsi iyulun 12-dən etibarən başlanılacaq. Belə ki, təyyarə 15:40-da Bakıya gələcək, 16:25-də Bakıdan uçacaq. Növbəti uçuşlar iyulun 15-də (13:20/14:15) və 19-da (12:10/12:55) həyata keçiriləcək. Uçuşun müddəti 2 saat davam edəcək.
Qeyd edək ki, Bakıdan Küveytə gediş-dönüş aviabiletinin ("ekonom" sinifi) qiyməti təxminən 450 dollar (766 manat) təşkil edir.
Xatırladaq ki, "Wataniya Airways" maliyyə vəziyyətinin pisləşməsi və Yaxın Şərqdə yaranmış siyasi sabitsizliklə əlaqədar 2011-ci ildən uçuşlarını dayandırmalı olub.
Hazırda şirkətin kapitalının həcmi 10 mln. dinar (33,01 mln. dollar) təşkil edir. Aviaşirkət kapitalının uçuşlar yeniləndikdən sonra 20 mln. dinara çatacağını gözləyir.
"Wataniya" sərnişinlərə "Airbus A320s" təyyarəsi ilə xidmət göstərir və Misir, BƏƏ, Livan, İordaniya, İran, Hindistan, Pakistan və Avropa olmaqla 16 istiqamətə uçuşlar yerinə yetirməyi planlaşdırır. Ekspertlərin fikrincə, "Wataniya" rəqibləri - "Kuwait Airways" və "Jazeera Airways"lə rəqabətə girməli olacaq.
Xəbər verdiyimiz kimi, Küveytin “Jazeera Airways” aviaşirkəti iyulun 10-dan Küveyt-Bakı-Küveyt istiqamətində müntəzəm reyslərin yerinə yetirilməsinə başlayıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























