Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal maliyyə böhranından bəri ən böyük illik zərərini açıqlayıb

Credit Suisse 2022-ci ili 7,29 milyard frank xalis zərərlə başa vurub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal maliyyə böhranından bəri ən böyük illik zərərini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Credit Suisse Group" 2008-ci il qlobal maliyyə böhranından bəri ən böyük illik zərərini açıqlayıb. Qalmaqallar müştəri vəsaitlərinin görünməmiş şəkildə xaricə axmasına səbəb olub və bu da Bankın böyük itkilərə məruz qalması ilə nəticələnib.

Marja xəbər verir ki, İsveçrənin ikinci ən böyük bankının 2022-ci ildə cəmi xalis zərəri 7,29 milyard frank olub. Credit Suisse 2021-ci ili 2 milyard frank zərər ilə bağlamışdı. Maliyyə qurumu ardıcıl ikinci ildir zərər edir. 

Bank dördüncü rübü 1,39 milyard CHF (1,51 milyard dollar) xalis zərərlə başa vurub.

2022-ci ilin son üç ayında Credit Suisse-dən aktivlərin xalis çıxışı 110,5 milyard frank təşkil edib.

Aktivlərin idarə olunması bölməsindən 92,7 milyard frank xaricə çıxarılıb ki, bu da analitiklərin 61,9 milyard frank gözləntilərindən xeyli yüksəkdir. Bu bölmənin idarə etdiyi ümumi aktivlər 540,5 milyard franka düşüb.

Ötən il kapital axını bankın bəzi likvidlik tələblərini pozmasına səbəb olub. Bununla belə, dekabr ayında bank 4 milyard frank məbləğində vəsait toplayıb və likvidliyin yaxşılaşdığını bildirib.  

09.02.2023 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18