“AzInTelecom” Azərbaycanda ilk dəfə olaraq xaricdə təhsil alan tələbələr üçün təcrübə və təqaüd proqramı həyata keçirir
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının ölkəyə geri qayıdışını stimullaşdırmaq və ölkənin qabaqcıl şirkətində aktiv olan vəzifələr üzrə dəyərləndirilməsi məqsədilə təcrübə və təqaüd proqramına start verir.
Bununla əlaqədar olaraq layihənin ilkin mərhələsində “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyi və “AzInTelecom” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Nazirliyin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin də iştirak etdiyi tərəfdaşlıq görüşündə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Layihə çərçivəsində Macarıstanda təhsil alan tələbələrə yay və qış semestr tətilləri zamanı “AzInTelecom” MMC-nin ixtisas sahələri üzrə müvafiq departamentlərində təcrübə keçmələri üçün şərait yaradılması nəzərdə tutulur.
Həmçinin “AzInTelecom” MMC-də olan iş imkanları haqqında ictimai birlik vasitəsilə Macarıstanda təhsil alan və ya məzun olanların birbaşa məlumatlandırılması, daxil olan müraciətlərin dəyərləndirilərək gənclərin işlə təmin edilməsi planlaşdırılır.
Eyni zamanda, “AzInTelecom” MMC yerli şirkət kimi bir ilkə imza ataraq memorandum çərçivəsində Macarıstanda təhsil alan tələbələrin bir neçəsini təhsil aldıqları müddət ərzində təqaüdlə təmin edəcək. Təqaüd veriləcək tələbələr əvvəlcədən müəyyən edilmiş kriterilər əsasında müsabiqə yolu ilə seçiləcək.
“AzInTelecom” MMC oxşar proqramların icrasını digər ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı da davam etdirəcək.
Qeyd edək ki, “AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbələrin və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə mütəmadi olaraq ödənişli təcrübə proqramları həyata keçirir. 2022-ci ildə elan edilən proqrama 2000-dən çox gənc müraciət edib. Onlardan 46 nəfər şirkətdə təcrübə keçmək şansı qazanıb. Proqramın sonunda öz aktivliyi, bilik və bacarıqları ilə seçilən 19 nəfər “AzInTelecom”da işlə təmin edilib. 2021-ci ildə isə təcrübə keçən şəxslər arasında fərqlənən 21 nəfər şirkətin əməkdaşı kimi fəaliyyətini davam etdirib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























