Daşkənddə Azərbaycan hökuməti və şirkətləri sazişlər imzaladı
Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş imzalanıb. Həmçinin, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş imzalanıb.Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Marja xəbər verir ki, forumun açılış mərasimində Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov dövlət başçılarının əlaqələrin inkişafına göstərdikləri diqqətin tərəfdaşlığımızın siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə genişlənməsində güclü stimul olduğunu vurğulayıb. Bunun nəticəsidir ki, hazırda energetika, avtomobilqayırma, nəqliyyat, kənd təsərrüfatı, neft-kimya kimi sahələrdə birgə layihələr uğurla icra olunur. Bugünkü Forum da əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli olacaqdır.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, işgüzar münasibətlər, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəkdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov yüksək səviyyəli Azərbaycan-Özbəkistan münasibətlərini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların, keçirilən görüş və tədbirlərin önəmini diqqətə çatdırıb.
Bildirilib ki, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63 faizdən çox artım müşahidə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial vardır. Yaradılacaq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu da iqtisadi əməkdaşlığımızda, yeni investisiya layihələrinin reallaşdırılmasında, iş yerlərinin yaradılmasında əhəmiyyətli olacaqdır.
Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2022-ci ildə ÜDM-in 4,6%, o cümlədən qeyri-neft ÜDM-nin 9%-dən çox artığını qeyd edib.
Forumda həmçinin, ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizin potensialı barədə də məlumat verilib, işgüzar dairələr fəal əməkdaşlığa dəvət edilib. Diqqətə çatdırılıb ki, artıq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi davam edir və bu, xalqlarımız arasındakı sıx münasibətlərin daha bir bariz təzahürüdür.
Qeyd edilib ki, ölkələrimizin regionları arasında əlaqələrin inkişafı üçün imkanlar genişdir. 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu birgə təşəbbüslər üçün mühüm platformadır.
Tədbirdə investisiya layihələri barədə təqdimatlar, eləcə də “B2B” və “B2G” formatda görüşlər keçirilib.
Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb.
Belə ki, Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş imzalanıb.
Qeyd edək ki, Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
22 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
26 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
44 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)










.jpg)


