KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Marja-ya KOBİA-dan bildirilib.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov imzalayıblar. Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı, dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Forum çərçivəsində keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək bunun biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb. KOBİA sədri KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, biznes əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı biznes missiyaların və digər birgə tədbirlərin təşkilinə, eləcə də Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlərə dair məlumat verib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasında hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























