Maliyyə Nazirliyində İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüş keçirilib
Fevralın 27-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, fiskal dayanıqlılıq, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində prioritet layihələr və bu istiqamətdə bankın fəaliyyətinin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Ötən il Azərbaycanla bank arasında əlaqələrin 30-cu ildönümünün qeyd olunduğunu bildirən Samir Şərifov ölkəmizin İslam İnkişaf Bankı, eləcə də İİB Qrupuna daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, bankın özəl sektorun inkişafı istiqamətində Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























