Sənayeyə kredit verməkdənsə, banklara depozit yerləşdirib

“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC 2017-ci ilin birinci yarısını 4 milyon 241 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 1-ci yarısında 4 milyon 522 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri (faiz və qeyri-faiz) 17 milyon 241 min manat təşkil edib. Bank 2016-cı ilin eyni dövründə 13 milyon 566 min manat gəlir əldə etmişdi.
Müqayisə olunan dövrdə Bankın əməliyyat mənfəəti 5 milyon 494 min manatdan 5 milyon 433 min manata düşüb.
AKTİVLƏRİ 2-Cİ RÜBDƏ AZALIB
31 İyun 2017-ci il tarixində “Azərbaycan Sənaye Bankı” nın cəmi aktivləri 935 milyon 523 min manat, cəmi öhdəlikləri 846 milyon 599 min manat, cəmi kapitalı isə 88 milyon 923 min manat təşkil edib. Ötən ilin sonunda Bank 787 milyon 179 min manat cəmi aktivlərə, 702 milyon 525 min manat cəmi öhdəliklərə və 84 milyon 653 min manat cəmi kapitala malik idi.
31 Mart 2017-ci il tarixinə “Azərbaycan Sənaye Bankı” 949 milyon 375 min manat cəmi aktivlərə, 862 milyon 547 min manat cəmi öhdəliklərə, 86 milyon 827 min manat cəmi kapitala malik idi.
BANKLARA DEPOZİT YERLƏŞDİRMƏKLƏ MƏŞĞULDUR
“Azərbaycan Sənaye Bankı”nın aktivlərinin artması banklardakı depozitlərinin 442 milyon 675 min manatdan 582 milyon 817 min manata qalxmasıdır. Bank vəsaitləri iqtisadiyyata, xüsusilə adına uyğun sənayeyə ayırmaqdansa, depozit şəkilində yerli və xarici banklara yerləşdirir. Bank ilk 6 ayda kreditlər üzrə 6,70 milyon manat faiz gəliri, banklardakı depozitlərindən isə 5,9 milyon manat gəlir əldə edib.
“Azərbaycan Sənaye Bankı”nın kredit portfeli maliyyə institutlarındakı depozitlərindən iki dəfəyə yaxın azdır. Bu ilin birinci yarısında Bankın müştərilərə verdiyi kreditlər 297 milyon 418 min manatdan 281 min 871 min manata geriləyib.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı”nın səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
