Şuşa yaxınlığında erməni təxribatının qarşısı alınıb, üç terrorçu məhv edilib
Bu gün səhər saatlarında Azərbaycan hərbçiləri Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntülərinin təxribatının qarşısını alıb.
Erməni separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu (torpaq yol) ilə Ermənistandan Xankəndinə silah-sursat daşınmasının davam etdirildiyi barədə bir müddətdir siqnallar daxil olub.
Bu gün səhər saatlarında da bu barədə əməliyyat məlumatları alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıb. Əməliyyatçılarımız yolla hərəkət edən erməni maşınını saxlamaq istəyərkən avtomobildən onlara atəş açılıb.
Cavab atəşi ilə düşmən zərərsizləşdirilib.
Ermənistan mətbuatı podpolkovnik, mayor və leytenant rütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb.
3 terrorçu zərərsizləşdirilib
“Caliber” də xəbər verir ki, Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xələfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb.
"Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan zərərsizləşdirilib.
Leytenant David Ovsepyan isə yaralanıb", - “Caliber” qeyd edib.
Bugünkü təxribat onu təsdiqləyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat və təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Məlumdurr ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, “miatsum” siyasətini davam etdirmək cəhdləri dayanmır.
© APA, Caliber
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
7 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







