Azərbaycanın maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki. görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb. İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.
Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























