"İran xərçəng şişi kimidir"
İsrailin XİN başçısı: "İran hansı ölkəyə müdaxilə edirsə oranı dağıdır. İranın nüvə silahı əldə etməsinə imkan verilməməlidir""İran xərçəng şişi kimidir".
Bunu, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası barədə suala cavab olaraq İsrailin xarici işlər naziri Eli Kohen deyib.
"İran öz qonşularını hədələyir. Bu, hətta yaxın qonşular, həmçinin Səudiyyə Ərəbistanı da ola bilər. Biz Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran xərçəng şişi kimidir. İran hansı ölkəyə müdaxilə edirsə oranı dağıdır. Baxın Livanda nə baş verir. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə dağıtdı.Yəməndə, İraqda nələr törətdi. İran dünyada terror maliyyələşdirən bir nömrəli ölkədir", - deyə Eli Kohen bildirib.
Nazirin sözlərinə görə, regionun və dünyanın stabilliyi üçün hədəf, İranın nüvə silahına nail olmasına imkan verməməkdir.
"Biz gözləyirik ki, daha çox ölkə bu hədəfə nail olmaq üçün bizə qoşulsun", - deyə İsrailin XİN başçısı vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 32 d. əvvəl
-
51 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























