Qazaxıstan və Çin 22 milyard dollarlıq sənədlər imzalayıb
Qazax lideri vurğulayıb ki, əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığa təkan verəcək.
Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Çinə dövlət səfəri zamanı Qazaxıstan və Çin nümayəndələri 22 milyard dollar dəyərində 50-yə yaxın sənəd imzalayıblar.
Marja xəbər verir ki, cümə axşamı respublika prezidenti Sian şəhərində keçirilən Qazaxıstan-Çin investisiya dəyirmi masasında iştirak edib. Prezident Qasım-Jomart Tokayevin Çinə dövlət səfəri çərçivəsində ümumilikdə 22 milyard dollar dəyərində 47 sənəd imzalanıb.
Prezident bir gün əvvəl ən yüksək səviyyədə ikitərəfli danışıqların aparıldığını xatırladıb.
"Prezident Si Cinpinlə mən ikitərəfli münasibətlərin geniş spektri üzrə səmərəli fikir mübadiləsi apardıq, konkret razılaşmalar əldə etdik, birgə bəyanat imzaladıq. Ümumiyyətlə, əminliklə demək olar ki, mənim Çinə dövlət səfərim uğurludur. Əldə edilmiş razılaşmalar iki ölkə arasında sıx əməkdaşlığa güclü təkan verəcək.Qazaxıstan Çinlə çoxtərəfli əlaqələrin daha da gücləndirilməsində maraqlıdır”, - Tokayev bildirib.
Onun sözlərinə görə, Astana bu məqsədə çatmaq üçün hər cür səy göstərəcək:. "Ölkəmizdə Çin kapitallı bir neçə iri şirkət uğurla fəaliyyət göstərir. Onların arasında CNPC, CITIC, NFC, Sinopec, Huawei kimi korporasiyalar var. Buna baxmayaraq, biz əməkdaşlığımızın potensialını daha da gücləndirməliyik".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
