Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İnvestAZ" ADPU Quba filialında seminar keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“InvestAZ İnvestisiya Şirkəti” QSC tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbələrin maliyyə savadlılığı istiqamətində praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub.

Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb.

Reklam_3_11

Tədbiri tədris müdiri Yusif Abayev açaraq sənaye nümayəndələri ilə keçirilən görüşlərin tələbələrdə praktik vərdişlər formalaşması istiqamətində faydasını qeyd etdi. 

Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyə bazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdim etdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması, müasir investisiya strategiyaları və birja əməliyyatlarının texniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, real bazar nümunələri ilə fikirlərini əsaslandırıb.

Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin mütəxəssizi  Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlər və kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb. R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobal iqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb.

Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatında davam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlanan müasir maliyyə alətləri, investisiya riskləri və rəqəmsal iqtisadiyyatın gələcəyi ilə bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

InvestAZ İnvestisiya Şirkəti master klass Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı tədbiri maliyyə savadlılığı təlimi Azərbaycanda müasir yatırım imkanları master klassı InvestAZ tələbələr üçün seminar birjada necə qazanmaq olar təlimi investisiya strategiyaları və risklərin idarə olunması kriptovalyuta və blokçeyn təqdimatı rəqəmsal aktivlər və kriptovalyuta bazarı Azərbaycanda maliyyə bazarları təlimi InvestAZ tədris və analitika departamenti Rövşən Məmmədov investisiya çıxışı Rəşad Mustafayev kriptovalyuta təqdimatı blokçeyn texnologiyası və iqtisadiyyat maliyyə bazarları üzrə master klass investisiya biliklərinin artırılması tələbələr üçün maliyyə təlimi Azərbaycanda investisiya seminarı investisiya bazarları və birja əməliyyatları kripto iqtisadiyyat və rəqəmsal maliyyə
19.05.2026 16:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19