Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səudiyyə Ərəbistanı Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" iyunun 4-də keçirilən OPEC+ nazirlərinin 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.

Marja xəbər verir ki, bu barədə bazar ertəsi “The Wall Street Journal” şirkətin məlumatlarına istinadən məlumat yayıb.

Arab Light markalı neftin qiyməti 0,45 dollar/barel artırılıb. Şirkət həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.

ABŞ və Şimal-Qərbi Avropa üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb. 

İyunun 4-də OPEC+ ölkələri neft hasilatını könüllü olaraq azaltmaq qərarını 2024-cü ilin sonuna qədər uzadıb. Onlar növbəti il ​​üçün hasilatın səviyyəsinin sutkada 40,46 milyon barel olacağı barədə razılığa gəliblər.

06.06.2023 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18