Liviyada Mərkəzi Bank böhranı neftə də sirayət etdi - QİYMƏTLƏR ARTIR
Liviyanın şərqindəki hakimiyyət, qarşı düşərgənin mərkəzi bankın rəhbərini dəyişdirmək üçün atdığı addıma cavab olaraq bütün neft hasilatını və ixracını dayandırdığını açıqlayıb.Liviyada mərkəzi bankla bağlı böhran neft hasilatı üçün kritik vəziyyət yaradıb.
Marja.az xəbər verir ki, Tripolidə yerləşən hakimiyyətin (Abdelhamid Dbeibah rəhbərlik edir) mərkəzi bank rəhbərliyini dəyişdirmək üçün hərəkətə keçməsindən sonra Liviyanın şərqindəki hökumət bütün neft hasilatını və ixracını dayandırdığını açıqlayıb. “Facebook”dan edilən açıqlamada “fors-major”un bütün yataqlara, terminallara və neft obyektlərinə şamil edildiyi bildirilib.
Qeyd olunub ki, Liviyanın şərqindəki hökumət "Liviyanın mərkəzi bankının rəhbərliyinə və işçilərinə qarşı hücumlara etiraz olaraq" neft hasilatını və ixracını dayandırıb.
Nazirlər Kabinetinin rəhbəri Usama Hammad müvafiq bəyanatla çıxış edib.
"Hökumət ölkənin bütün neft yataqlarında və yanacağın daşındığı bütün limanlarda fors-major vəziyyət elan edir və növbəti xəbərdarlığa qədər neft hasilatını və ixracını dayandırır", - Nazirlər Kabinetinin Facebook səhifəsində videomüraciətini dərc edən Hammad vurğulayıb. Hökumət başçısının sözlərinə görə, bu qərar “qeyri-qanuni qrupların rəhbərliyə və ölkə mərkəzi bankının əməkdaşlarına hücumlarının artmasına cavab olaraq” qəbul edilib.
Bundan əlavə, Hammad qeyd edib ki, neft ixracının dayandırılması qərarı həm də “ölkə büdcəsinin təhlükəsizliyi və vətəndaşların Mərkəzi Bankdakı əmanətləri üçün hökumətin üzərinə düşən sosial və hüquqi məsuliyyət”lə bağlıdır, çünki adı çəkilən qeyri-qanuni qruplar “neft hasilatından əldə olunan pullar da daxil olmaqla, bütün bu maliyyə vəsaitlərinə sahib olmağa və onları öz ehtiyaclarına xərcləməyə çalışırlar”. Hammad hansı birləşmələri nəzərdə tutduğunu göstərməyib.
Liviya Milli Neft Korporasiyası Nazirlər Kabinetinin ölkənin şərqindəki hökumətin bu bəyanatını hələlik şərh etməyib.
Milyardlarla dollarlıq enerji gəlirlərini idarə edən mərkəzi bankı kimin idarə edəcəyi ilə bağlı bir həftədən çox davam edən müzakirələr siyasi parçalanmaları dərinləşdirir və BMT-nin vasitəçiliyi ilə əldə edilən sülh razılaşmasını təhdid edir.
Ölkənin qərbində beynəlxalq səviyyədə tanınan hökumət istefa verməkdən imtina edən Mərkəzi Bankın sədri Sadiq Əl-Kebiri əvəz etməyə çalışır. Yerli medianın məlumatına görə, hökumət nümayəndə heyəti bu gün mərkəzi bankın ofislərinə daxil olub.
Bloomberg-in tərtib etdiyi məlumatlara görə, ölkə ötən ay ümumilikdə gündəlik təxminən 1,15 milyon barel neft hasil edib.
Gündə təxminən 270 min barel neft çıxarılan və ölkədə ən böyük neft yatağı olan Sharara-da hasilat dayanıb. Liviyanın neft ehtiyatlarının böyük hissəsi və ölkənin dörd neft ixrac terminalının yerləşdiyi Sirt hövzəsi ölkənin Şərqində yerləşir.
Hadisə ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir. Bak vaxtı ilə saat 17:20-yə olan məlumata görə, Brent nefti 3%-ə yaxın bahalaşaraq bareli 81,33 dollara çatıb.
Son aylar bütün Liviyanı məmurların oğurlanması dalğası bürüyüb. Belə ki, bu ilin iyulunda Liviyanın Maliyyə Nazirliyinin keçmiş rəhbəri və Mərkəzi Bankın vəzifəsinə namizəd Fərəc Bumatari paytaxtda silahlı qrup tərəfindən oğurlanıb. Bütün bu oğurluqların arxasında kimin dayandığı və onların əlaqəsi olub-olmaması barədə hələlik heç bir məlumat yoxdur.
Hazırda Liviyada bir-birini tanımayan iki hökumət var. Birinci - BMT tərəfindən dəstəklənən və Abdelhamid Dbeibahın rəhbərlik etdiyi - Tripolidə fəaliyyət göstərir. İkincisi - Nümayəndələr Palatasının səlahiyyətlərinə malikdir - Benqazidə yerləşir və Usama Hammad tərəfindən idarə olunur. 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya vahid dövlət kimi fəaliyyətini dayandırıb.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
2 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
5 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
5 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Ən çox oxunanlar
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi























