PAŞA Bank “Georgia CEO Lunch Tbilisi”nin sponsoru oldu
Sentyabrın 29-da təşkil olunacaq "CEO Lunch Tbilisi Pasha Bank Georgia" PAŞA Bankın sponsor dəstəyilə keçiriləcək.
"PASHA Bank Georgia" bu il tərəfimizdən keçiriləcək CEO Lunch Tbilisi-nin sponsoru olmaqla yanaşı, Caspian Energy Georgia-nin fəaliyyətinin yenilənməsini dəstəkləyib və növbəti dəfə CEİBC ilə hazırkı əməkdaşlığın əhəmiyyətini vurğulayıb", - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
O qeyd edib ki, sentyabrın 29-da keçiriləcək CEO Lunch Tbilisi-də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun iştirakı planlaşdırılır.
PASHA Bank Georgia-nın direktorlar şurasının sədri və baş icraçı direktoru Şahin Məmmədov tədbirin Gürcüstan ərazisində CEO Lunch və biznes-forum formatında təşkilinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, xarici sahibkarlarla işgüzar əlaqələrin, iqtisadi əməkdaşlığın genişlənməsinə kömək edəcək. "Biz Caspian European Club-un fəaliyyətini və Klubun keçirdiyi tədbirləri yüksək qiymətləndiririk. Əminik ki, Caspian Energy Georgia Azərbaycan və Gürcüstanın biznes dairələrini yeni səviyyəyə çıxara biləcək, - deyə Şahin Məmmədov çıxışına yekun vurub.
"CEO Lunch Baku-nun uğurlu təşkili, həmçinin Gürcüstan ərazisindəki partnyorlarımızın və biznesmenlərin çoxsaylı müraciəti CEO Lunch Tbilisi tədbirinin keçirilməsinə təkan verdi", - deyə Telman Əliyev əlavə edib.
İlk CEO Lunch Tbilisi 2017-ci il sentyabrın 29-da təşkil olunacaq və hər ayın sonuncu cümə günü keçiriləcək. Növbəti CEO Lunch Tbilisi oktyabrın 27-də və noyabrın 24-də baş tutacaq. Aparıcı "networking" alətlərindən olan CEO Lunch şirkət rəhbərlərinin və dövlət qurumlarının nümayəndələrinin qeyri-rəsmi şəraitdə ünsiyyəti üçün imkanların yaradılması və yeni əlaqələrin qurulması məqsədilə keçirilir.
İştirak üçün qeydiyyat: http//www.caspianenergy.org/index.php/ceo-lunch
PASHA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən regional maliyyə institutudur. PASHA Bank iri və orta sahibkarlıq üçün bütün əsas korporativ və investisiya bankinq xidmətləri göstərir. Müştərilərə böyük diqqət göstərən PASHA Bank Georgia korporativ bank xidməti üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil, həm də iri bank sindikatları çərçivəsində hər bir müştərinin tələblərini və imkanlarını nəzərə alaraq, sürətli xidmət, rəqabətli faizli yatırımlar və fərdi bank xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















.jpg)
