Özəl peşə təhsili müəssisələri yaradılacaq
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradıla bilər.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, ölkədə ancaq dövlət peşə təhsili müəssisələri fəaliyyət göstərir və onların sayı 90-a yaxındır. Yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsi özəl sektorun bu istiqamətdə inkişaf etməsinə və özəl peşə təhsili müəssisələrinin yaradılmasına imkan verəcək.
İ. Həbibbəyli qeyd edib ki, yeni qanun əsasən, dövlət peşə təhsili müəssisələrində təhsil ödənişli və ya ödənişsiz formada da təşkil oluna bilər: “Bundan əlavə, bu müəssisələrdə oxuyanlar təqaüd almaq imkanın malik olacaq. Onlar istehsalat təcrübəsi keçərkən müəssisələrdə gördükləri işə görə əlavə maaş almaq imkanı əldə edəcəklər”.
Komitə sədri vurğulayıb ki, peşə təhsilinin genişlənməsi istiqamətində dövlət səviyyəsində ardıcıl və məqsədyönümlü iş aparılır. Görülən işlər nəticəsində peşə təhsili istiqamətinin hüquqi bazasının yaradılması, hüquqi cəhətdən tənzimlənməsi zərurəti meydana çıxıb: “Aparılan təhlillər göstərib ki, əmək bazarında peşə təhsili üzrə mütəxəssislərə, ustalara və texniki işçilərə çox böyük tələbat var. Ona görə də Milli Məclisin Elm və Təhsil Komitəsi “Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş aparıb. Bu məqsədlə Təhsil Nazirliyi, Milli Məclisin deputatları, aidiyyatı qurumların təmsil olunduğu birgə işçi qrupu fəaliyyət göstərir. Yay tətili ərzində “Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb və yaxın vaxtlarda işçi qrup ilk müzakirəsini keçirəcək”.
© APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)







.jpg)









