Dağıstandakı fövqəladə vəziyyət Azərbaycanı hərəkətə keçirib
Qonşu ölkədən çəyirtkə miqrasiyası riskinə qarşı qabaqlayıcı tədbirlər görülür.
Rusiyanın Dağıstan Respublikasının şimalında çəyirtkələrin kütləvi yayılması və bu səbəbdən fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sərhəd boyu ərazilərdə mütəmadi monitorinqlərə başlanılıb. Miqrasiya təhlükəsi nəzərə alınaraq kimyəvi mübarizənin operativ təşkili üçün bütün texnika və avadanlıqlar tam hazır vəziyyətə gətirilib.
Bölgələrdə müşahidə və nəzarət tədbirləri gücləndirilib, yerli qurumlar zəruri dərman preparatları ilə tam şəkildə təmin olunub.
Qeyd edilib ki, çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün ən təhlükəli zərərvericilərdən biridir. Onlar bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək zədələyir, nəticədə bitkinin inkişafı dayanır və məhsuldarlıq azalır. Çəyirtkələr taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitki əkinlərinə, hətta meyvə ağaclarına ciddi ziyan vururlar.
Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya (Caloptenus italicus (Linnaeus)) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür.
Cari ilin əvvəlindən ölkə ərazisində çəyirtkələrə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən 2025-ci ilin iyul ayınadək 47 178 hektar sahədə müşahidələr aparılıb, 10 315 hektar sahədə sirayətlənmə qeydə alınıb, 5 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkətinin rəhbərinin cəzası azaldıldı
-
7 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
12 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
14 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 17 d. əvvəl
-
27 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 43 d. əvvəl
- 49 d. əvvəl
-
51 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı

























