SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesində süni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekt həllərinin alınması, təcrübə və mütəxəssis mübadiləsi, SOCAR tərəfindən rəqəmsal transformasiya, istehsal proseslərinin rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması, həmçinin informasiya texnologiyaları sahəsində konsultasiya xidmətlərinin göstərilməsini nəzərdə tutulur.
Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərinin optimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasına yönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn “Seismic AI” (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır. Bundan əlavə, SOCAR şirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumat arxitekturasının yaradılması, eləcə də seysmik və qazma məlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasını təmin edən ODLAR və “Daily Drilling” layihələrində konsultasiya dəstəyi göstərəcək.
Qeyd edilib ki, SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumu neft və qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıq enerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməklə yanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnoloji tərəfdaşlığını daha da möhkəmləndirəcək.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)






.jpg)




