Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

AzVak-mobil_resmin_ustu_31
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) İnnovasiya lideri Bakcell gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə Peerstack Academy tərəfindən Java və Python proqramlaşdırma dilləri üzrə “SummerStack Bootcamp” proqramı həyata keçiriləcək.

Üç ay müddətində davam edəcək bootcamp proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır.

Proqram Java və Python proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. Bakcell-in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində iştirakçılara 70%-dək təqaüd imkanı təqdim olunacaq.

Qeydiyyatdan keçən iştirakçılar məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsində, daha sonra isə müsahibə prosesində iştirak edəcəklər.

Proqram iştirakçıların gələcəkdə İT sahəsində peşəkar inkişafı, real iş mühitinə uyğun bacarıqlar qazanması və bu sahədə uğurlu karyera qurmasına dəstək olacaq.

Bakcell və Peerstack Academy arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

bakcell summerstack bootcamp bakcell python java bootcamp peerstack academy bootcamp azərbaycan proqramlaşdırma bootcamp azərbaycan 2026 it karyera bootcamp bakcell java təlimləri azərbaycan python təlimləri baku gənclər üçün it proqramları azərbaycan azərbaycanda proqramlaşdırma kursları texnologiya təqaüd proqramı bakcell bakcell təqaüd imkanı 70 faiz bootcamp proqramı azərbaycan real layihə əsaslı təlim it azərbaycanda it karyera imkanları süni intellekt əsaslı təlim proqramları azərbaycan bakcell innovasiya layihələri neqsol holding bakcell layihələri telekommunikasiya şirkətləri azərbaycan bakcell rəqəmsal bacarıqlar peerstack academy qeydiyyat bootcamp azərbaycan it insan kapitalı inkişafı proqramlaşdırma karyerası azərbaycan marja.az texnologiya xəbərləri marja.az təhsil və innovasiya xəbərləri
20.05.2026 12:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19