Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
Səudiyyə Ərəbistanının dünya bazarına neft ixrac etmək üçün alternativ marşrutdan istifadə etməsi neftin qiymətini az da olsa sabit saxlayıb - yəni 1 barelin qiymətinin 200 dollara yüksəlməsinin qarşısını müvəqqəti olaraq alıb.
Hörmüz boğazından tankerlərin keçə bilməməsi Səudiyyə Ərəbistanını Şərq-Qərb neft boru kəmərini yenidən işə salmağa vadar edib. Bu boru kəməri ölkənin şərq bölgəsində yerləşən yataqlardan nefti qərb bölgəsinə - Qırmızı dənizin sahilindəki Yanub limanındakı terminala daşınmasını təmin edir.
Bu gün həmin kəmər vasitəsilə Səudiyyə Ərəbistanı 5 milyon barel neft nəql edir ki, bunun da 2 milyonu daxili tələbata yönəldilir, qalan 3 milyonu isə dünya bazarına çıxarılır. Tankerlər Yanub limanına yan alaraq neft daşıya bilirlər. Bununla belə nə London nə də Nyu-York birjalarında neftin qiyməti 100 dollardan aşağı düşmür və martın 28-də hər iki birjada qiymətlər 6 faiz artıb və bu gündə 1 barelin qiyməti 100 dollardan yuxarıdır və bazar öz həssaslığını növbəti dəfə göstərir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın proksisi hesab edilən Yəmənin “Ənsər Allah” hərəkatı müharibəyə qoşulduğunu bəyan edərək Qırmızı dənizdə üzən gəmilərə, o cümlədən, neft daşıyan tankerlərə təhlükə yaradıb. Hərəkatın rəhbərləri açıq şəkildə ABŞ və onun müttəfiqlərinə məxsus gəmiləri təhdid ediblər.
Hələlik Qırmızı dənizdə gəmilərə qarşı raket zərbəsi və digər hücumlar müşahidə edilməyib. Lakin Qırmızı dənizdəki Bab-əl-Müdab boğazı hərəkat tərəfindən nəzarətdə saxlanılır. Məsələni də çətinləşdirən məqam ondan ibarətdir ki, Səudiyyə Ərəbistanının Yanub limanından neft doldurub dənizə çıxan tanker və digər gəmilər bu boğazdan keçmək məcburiyyətindədirlər.
ABŞ Prezidenti Donald Trampın İranı hədələyərək Hörmüz boğazını açmaq üçün ona verdiyi vaxtı aprelin 6-sına kimi uzatsa da dünya enerji bazarında qiymətlər sabitləşmədi. İranın Hörmüz boğazını açmayacağı təqdirdə ABŞ ölkənin enerji sistemini dağıdacağını bəyan edib. Lakin bu bəyanat da İranı çəkindirmədi, bu da dünya bazarında neftin qiymətinin artma tendensiyasının davam etməsinə səbəb oldu.
“Bloomberg” agentliyi “Macquarie Group” bankının analitiklərinə istinadla bildirib ki, Yaxın Şərqdəki müharibə iyun ayına kimi davam edərsə və Hörmüz boğazı gəmilər üçün təhlükəli keçid olaraq qalarsa neftin 1 barelinin qiyməti 200 dollara çatacaq.
Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından dünya bazarına 15 milyon barel xam neft və 5 milyon ton neft məhsulları ixrac edilirdi. Hazırda bu ixrac dayanıb və dünyanın heç bir regionunda bu həcmdə neft və neft məhsulları hasil və istehsal edib dünya bazarına çıxarıb onun tələbatını ödəmək və qiymətləri aşağı salmaq potensialı yoxdur.
Bu gün neft treyderləri səbirsizliklə ABŞ-nin İrana verdiyi vaxtın bitməsini - aprelin 6-sını gözləyirlər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
24 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
39 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 13 saat əvvəl
-
13 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
13 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb







.jpg)












.jpg)





