970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Göygöl Şərab Zavodunun məhsulu olan “Karabakh” Böyük Britaniyanın London şəhərində keçirilən və şərabçılıqla  spirtli içkilər sahəsində dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrindən biri hesab olunan IWSC – International Wine & Spirit Competition çərçivəsində uğur qazanıb.

Müsabiqəyə təqdim olunan məhsul beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilib və 100 mümkün baldan 87 bal toplayaraq Bürünc medala layiq görülüb. Bu nəticə “Karabakh” şərabının keyfiyyət göstəricilərinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisi  hesab olunur.

1969-cu ildə Böyük Britaniyada təsis edilən International Wine & Spirit Competition  yüksək qiymətləndirmə standartları, ciddi kor dequstasiya sistemi və peşəkar beynəlxalq münsiflər heyəti ilə tanınır. IWSC mükafatı məhsulun yalnız yerli bazarda deyil, qlobal şərab sənayesində də keyfiyyət və peşəkarlıq meyarlarına cavab verdiyini təsdiqləyən nüfuzlu göstəricilərdən biridir.

Göygöl Şərab Zavodu ölkənin şərabçılıq ənənələrini yaşadan aparıcı müəssisələrdən biri kimi tanınır. Müəssisə fəaliyyətində müasir istehsal yanaşmalarını tətbiq etməklə yanaşı, məhsul keyfiyyətinin qorunmasına və inkişafına xüsusi önəm verir. Zavodun məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə istehlakçılara təqdim olunur. Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsalçılardam  biridir. Müəssisənin  “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə özünəməxsus   dad xüsusiyyətləri ilə seçilən  “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə  beynəlxalq mükafat və sertifikatlara layiq görülüb.

Müəssisə fəaliyyət istiqamətlərini genişləndirərək 2026-cı ildən etibarən “Göygöl” brendi altında təbii içməli suların və “Tutu” brendi ilə müxtəlif dadlarda limonadların istehsalına da başlamışdır. Yeni məhsullar şirkətin məhsul portfelini daha da zənginləşdirərək istehlakçılara  müxtəlif və keyfiyyətli seçimlər təqdim etdir.

Göygöl Şərab Zavodu Karabakh şərabı IWSC 2026 International Wine and Spirit Competition Karabakh şərabı beynəlxalq mükafat London şərab müsabiqəsi Göygöl Şərab Zavodu mükafat qazandı Azərbaycan şərabı beynəlxalq uğur Karabakh şərabı bürünc medal IWSC bürünc medal Azərbaycan şərabçılığı Göygöl Şərab Zavodu xəbərləri Xan 1860 brendi Karabakh wine Göygöl şərabları Azərbaycan şərab ixracı beynəlxalq şərab müsabiqəsi şərab sənayesi xəbərləri Azərbaycan spirtli içki istehsalı Göygöl Şərab Zavodu məhsulları Karabakh şərabı 87 bal IWSC qiymətləndirmə sistemi Azərbaycanın ən qədim şərab zavodu şərabçılıq ənənələri Azərbaycan beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildi Azərbaycan şərab brendləri
22.05.2026 11:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19