Daha bir bank “Elektron hökumət” portalına qoşulub
"Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olunub. Belə ki, artıq "AFB bank" da kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək.
Portaldan bildirilib ki, bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq, sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.
Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış almaq zərurətinin aradan qaldırılmasıdır.
Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən çox bank və kredit təşkilatları tətbiq edir.
Hazırda "Elektron hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
14 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
14 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















