Çəltik emalı zavodu yaradılıb
Lənkəran rayonunda kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, burada bölgə üçün ənənəvi olan sahələrin dirçəldilməsinə xüsusi önəm verilir. Rayonun gənc təsərrüfatlarından biri - “Cənub Aqro”da üçüncü ildir 100 hektar sahədə Asiya əkin üsulu ilə çəltik əkilir. Bu il hər hektardan 5 tona yaxın məhsul götürülüb.
Təsərrüfatda həm əkin, həm də biçin Cənubi Koreyadan alınmış müasir texnika vasitəsilə aparılır.
“Cənub Aqro”da yeni çəltik emalı zavodu da yaradılıb. Müəssisədə müasir avadanlıqlar quraşdırılıb. Burada düyü qablaşdırılaraq müxtəlif ölçülü kisə və bağlamalarda ölkənin müxtəlif bölgələrinə, eləcə də respublikadan kənara göndərilir.
“Cənub Aqro”nun ilk uğurları göstərir ki, Azərbaycanda tezliklə bol düyü məhsulu yetişdiriləcək, süfrələri öz ətri və dadı ilə seçilən bərəkətli Lənkəran düyüsü bəzəyəcək.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)





.jpg)








