Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankın kartları ilə rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın kartları ilə rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı il ərzində Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə 28427115 əməliyyat yerinə yetirilib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan çox olub.

 

Aktiv ödəniş kartlarının sayı hazırda 1308384 olan Bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11300 POS terminalı müştərilərin istifadəsindədir.

 

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

 

Eyni zamanda, “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

18.01.2017 11:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18