Elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”-nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsində bu məqsədlə Energetika və İqtisadiyyat nazirlikləri, habelə “Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.
"İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda, stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər ilə müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.
Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir. Həmçinin bu sektorda rəqabət mühitinə daha tez nail olmaq məqsədi ilə investorlar üçün nisbətən cəlbedici stansiyaların əlavə investisiya qoyuluşu öhdəlikləri ilə özəlləşdirilməsi kimi alternativlər müzakirə olunur.
Kommunal xidmətlər sahəsində özəlləşdirmə, idarəetməyə vermə və dövlət-özəl tərəfdaşlığı modelləri ilə özəl sektorun payının artırılması bu sahədə səmərəliliyin və xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verə bilər. Rəqabət qabiliyyətli mühitin formalaşdırılması isə dövlətin büdcə yükünün azaldılmasına, xərclərin minimuma endirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)

