"Bütün Bakıya heyvan kəsimi xidməti göstərə bilərik"
"Müəssisəmizin gücü çatır ki, bütün Bakıya heyvan kəsimi xidməti göstərsin"
Bunu "Azmeat Production" şirkətinin direktoru Firəngiz Elyazova bildirib.
Onun sözlərinə görə, şirkət iri və xırda buynuzlu heyvanların halal yolla kəsimini həyata keçirən iki ayrı-ayrı xətdən ibarət, alman texnologiyası əsasında qurulmuş müəssisədir.
"Hesab edirəm ki, heyvanların düzgün kəsilməsi qida təhülkəsizliyinin ən ümdə vəzifələrindən biridir. Yeni yaradılmış Qida Təhülükəsizliyi Agentliyi ilə qarşılıqlı əməkdaşlıq edəcəyimizə ümid edirəm. Düşünürəm ki, həm onlar bizə, həm də biz onlara kömək edəcəyik ki, Bakının küçələrində heyvan kəsiminin qarşısını alaq. Çünki bu, antisanitariyadır. Müəssisənin gücü çatır ki, bütün Bakıya heyvan kəsimi xidməti göstərsin. 3 böyük soyuducu kameramız mövcuddur. Vakuum paketlənməsi və məhsulun çeşidlənərək əhaliyə çatdırılması üçün şəraitimiz var. Bir növbədə - 8 saat ərzində 400-500 xırda və 100-150 iri buynuzlu heyvanın kəsilməsi, emal edilib soyuducuda saxlanılması mümkündür".
"Yerli fermalardan heyvan alırıq"
Şirkət rəhbərinin sözlərinə görə, "Azmeat" istehlak bazarında yeni olsa da, artıq bir neçə böyük supermarketlər şəbəkəsi ilə əməkdaşlıq edir: "Belə ki, müəssisədə kəsilmiş təzə soyudulmuş ətin "Azmeat" brendi altında birbaşa satışı həyata keçirilir. Həmçinin şirkət bir neçə restoranı da ətlə təchiz edir. Yerli bazarın təlabatını ödəmək üçün Azərbaycanda fəaliyyət göstərən orta və iri fermalarla yaxından əməkdaşlıq edirik, heyvan alırıq. "Azmeat"ın istehsal sahəsi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, logistik baxımdan münasib ərazidə yerləşir: "Bu, diri heyvanların şəhərin mərkəzinə daxil olmadan müəssisəyə daşınmasına şərait yaradır. Müəssisənin imkanlarından həm də kənar fiziki və hüquqi şəxslər də istifadə edə bilərlər. Yəni başqa sahibkarlara məxsus heyvanlar da burada kəsilərək soyudula və maşınlarımız vasitəsilə lazımi ünvanlara çatdırıla bilər".
"Steyk ətlərin istehsalına başlayacağıq"
"Azmeat" yaxın vaxtlarda steyk ətlərin istehsalına başlamağı planlaşdırır. F.Eyvazova deyir ki, müəssisədə ətin dondurulması və çeşidlənməsi üçün aparatlar sifariş verilib: "Bu yaxınlarda həmin aparatları alacağıq. Biz steyk ətini təcrübədən keçirmişik".
"İrana ət ixrac edirik, BƏƏ-yə ixracla bağlı danışıqlar aparırıq"
"Azmeat" hazırda Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisinin iştirakçılarından biridir. Şirkət rəhbərinin sözlərinə görə, sərgini ziyarət edənlərin onların stendinə marağı böyüküdür: "Sərgi çərçivəsində yeni tərəfdaşların tapacağımıza ümid edirik".
O həmçinin bildirir ki, hazırda "Azmeat" qonşu İrana ət ixrac edir, Birləşmiş Ərəbə Əmirliklərinə (BƏƏ) ixracla bağlı isə danışıqlar aparır: "İran İslam Respublikası bizim müəssisəyə lisenziya verib. Hazırda isə BƏƏ-nin Ekologiya və Nəzarət Nazirliyi ilə əməkdaşlıq edirik. Onların nümayəndələri "Azmeat"də olub. Lisenziya aldıqdan sonra bu ölkənin də bazarına çıxmağı planlaşdırırıq".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
17 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
21 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
39 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)







.jpg)






