"Bankımız tərəfindən KOB-un maliyyələşdirilməsi aktivləşdirilib" - MÜSAHİBƏ
"Günay Bank” İdarə Heyətinin sədri vəzifəsini icra edən Zaur Əhmədov ilə müsahibə
-İlk öncə bankınızla bağlı mühüm bir tarix barədə sual vermək istərdim. Bir neçə gün öncə “Günay Bank”ın 27 illiyi tamam oldu. 27 il ?
- Bəli, 27 ildən artıqdır ki, “Günay Bank” bir çox məlum iqtisadi mərhələləri dəf edərək bu günlərə qədər öz fəaliyyətini davam etdirə bilib. Yəqin bilirsiniz ki, “Günay Bank” Azərbaycanın ilk yaranan kommersiya banklarından ən qədimidir.
“Günay Bank” kifayət qədər müştəri bazasına malik universal bank olaraq yeni bazar çağırışlarının əksər şərtlərinə uyğun qaydada fəaliyyət göstərməyə çalışır. Bankın əsas məqsədi respublikadakı hüquqi və fiziki şəxslərin maraqlarına uyğun əməkdaşlığın təşkili və banklar üçün qanunvericiliklə müəyyən edilmiş digər kommersiya fəaliyyətlərini həyata keçirməkdən ibarətdir.
- Məlumdur ki, 28 fevral 2019-cu il tarixində, dövlət rəhbəri İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bizə məlumdur ki, bu fərmanla bağlı digərlərinə nisbətən daha az vətəndaş müraciəti qəbul edən banklardan biri “Günay Bank”dır. Bu barədə nə deyə bilərsiniz?
-İlk öncə qeyd etmək istərdim ki, cənab Prezidentin imzaladığı kompensasiya fərmanı ictimaiyyət arasında yüksək qiymətləndirilib, həmçinin cəmiyyətimizdə vətəndaşlara qarşı xüsusi qayğı kimi dəyərləndirilib. Ümumilikdə bu addım devalvasiya dalğasından zərər çəkmiş vətəndaşların mənafeyinə xidmət etməklə yanaşı, həm də bank sektorunun inkişafına güclü təkan verəcəkdir.
Sualınıza gəldikdə isə, nəzərinizə çatdırırıq ki, bankımız istehlak bazarında olmadığına və əsasən də öz fəaliyyətini korporativ bankçılıq istiqamətində apardığına görə vətəndaşlara kreditlərin xarici valyuta ilə verilməsində maraqlı olmayıb. Məhz bu səbəbdən bu gün “Günay Bank” sözügedən fərmanla əlaqədar demək olar ki, çox az sayda vətəndaş müraciəti qəbul etməkdədir.
-Son zamanlar bankınızda həm rəqəmsal, həm də potensial artım müşahidə olunur, bununla bağlı nə deyə bilərsiniz?
- Az öncə qeyd etdiyim kimi, işimizi korporativ standartlar çərçivəsində qurmuş, fəaliyyətimizi müasir bankçılıq tələblərinə yönəltmişik. Son zamanlar isə bankımızın əsas hədəfi qeyri-neft sektorunun stimullaşdırılmasına və bununla da inkişafına istiqamətlənib. Eyni zamanda bankımız ölkənin mühüm ixrac potensialı olan dövlət, həmçinin özəl müəssisə və təşkilatları ilə əməkdaşlıq zəminində səmimi və güzətli xidmət göstərməyə çalışır. Həm də tərəfimizdən startap layihələrin, həmçinin kiçik və otra biznesin (KOB) maliyyələşdirilməsi aktivləşdirilib.
-Bankın potensial artımı ilə bağlı… bu hal ölkənin daxili bazarında yeni trendlərin və tələblərin qarşılanması ilə əlaqədardır. Bank məhsullarınız hansılardır, yeniliklər varmı ?
-Ümumiyyətlə, bank inkişaf strategiyasına uyğun olaraq, müxtərlif növ bank maliyyə xidmətlərinin yüksəldilməsinə çalışır. Misal üçün, bu yaxınlarda müştərilər üçün yenilənmiş internet bankçılıq üzrə “Bankonline” xidməti, Çağrı Mərkəzi və vətəndaşların istehlak tələblərinə elektron qaydada cavab verən “Günay Pay” ödəniş sistemini istifadəyə vermişik.
Göstərilənlərə yanaşı, müştərilərimizin dünyanın mühüm nöqtələrinə gecikmədən ani pul ötürməsi üçün əlavə olaraq Türkiyənin məşhur pul köçürmə sistemi olan “UPT” şirkəti ilə memorandum imzalanıb.
Hal-hazırda yeni layihələrin icrası davam etməkdədir və yaxın gələcəkdə maliyyə bazarında təqdim edilməsi düşünülür.
-Bankın gələcək planları barədə nə deyə bilərsiniz?
-Təbii ki, planlar çoxdur, çünki biz artıq yeni, müasir, innoativ bir dövrdə yaşayırıq. Hər bir dövrün öz iqtisadi-texniki tələbi olduğu üçün biz də gələcəkdə müştərilərimizin məmnuniyyəti naminə bütün imkanlarımızdan istifadə edəcək, o cümlədən “Bank – Müştəri” prinsipinin tələblərinə uyğun olaraq fəaliyyətimizi daha da effektiv davam etdirəcəyik.
© Virtualaz
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
-
50 d. əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
55 d. əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
1 saat əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
-
1 saat əvvəl
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
-
1 saat əvvəl
"Microsoft" süni intellekt üçün 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
















