Türkiyənin Yeni İqtisadi Proqramı açıqlanacaq
Türkiyənin Xəzinə və maliyyə naziri Berat Albayrakın bu gün Yeni İqtisadi Proqramı açıqlayacağı gözlənilir.
"Marja" xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, "Yeni İqtisadi Proqram 2020-2022"nin təqdimatı bu gün saat 12:00-da başlayacaq. Yeni İqtisadi Proqram 2020-2022 dövrü üzrə inflyasiya, məşğulluq, iqtisadi artım, ixracat, cari kəsir kimi əsas makro göstəricilər müəyyənləşdirəcək.
Daha əvvəlki proqramda iqtisadi artım hədəfləri 2019 üçün 2,3 faiz, 2020 il üçün 3,5 faiz, 2021 il üçün 5 faiz olaraq müəyyən edilmiş, inflyasiya hədəfləri isə 2019 üçün 15,9 faiz, 2020 il üçün 9,8 faiz, 2021 il üçün 6 faiz nəzərdə tutulmuşdu.
Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti hədəflərinin 2019-cu il üçün 1,8%, 2020-ci il üçün 1,9%, 2021-ci il üçün 1,7 faiz olduğu proqramda, işsizlik nisbəti hədəfləri də 2019 üçün 12,1 faiz, 2020 il üçün 11,9 faiz, 2021 il üçün 10,8 faiz şəklində müəyyən olunub.
Bu ilin Aprel ayında hazırkı Yeni İqtisadi Proqramdakı hədəflərə çatmaq üçün islahat paketi açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 18 d. əvvəl
-
-
47 d. əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
17 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Rəsmi məzənnələr açıqlandı
22 bank mənfəət açıqladı - SİYAHI
Ən çox oxunanlar
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb




















