Dollar 6.33 Türk Lirəsinə kimi bahalaşa bilər - PROQNOZLAR
Bu həftə maliyyə bazarlarında qiymətlər Çindən artıq açıqlanan və ABŞ və Avrozonadan açıqlanacaq fundamental göstəricilərin təsiri altında olacaqdır.
EUR
Beynəlxalq valyuta birjalarında Koronavirusunun iqtisadi təsirləri fonunda şənbə günü Çindən artıq ilkin mənfi göstəricilərin açıqlanıb. Bu baxımından, bu həftə ABŞ və Avrozonanın sənaye və xidmət sektorlarında da biznes aktivliyi ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər diqqət mərkəzində olacaqdır. Çərşənbə axşamı saat 14:00-da Avrozonadan inflyasiya və cümə günü saat 17:30-da əmək bazarına dair göstəricilər də önəmli rol oynayacaqdır. Bütün bunlar FED ilə yanaşı, digər ölkələrdə də faiz azaldılması ehtimallarını da artırır.
EUR/USD məzənnəsi formalaşan cari gözləntilər fonunda ucuzlaşmağa başlayıb və 1.11$-ın altında qalarsa, yenidən 1.09$-a kimi ucuzlaşa bilər.
GBP
GBP/USD məzənnəsi də İngiltərə ilə AB arasında ticarət sazişi danışıqlarının sərt bəyanatlar şəraitində keçəcəyi gözləntiləri ilə təzyiq altında qalmaqdadır. Təhlillərə əsasən, funtun qiyməti 1.29$-ın altında qalarsa, 1.26$-a kimi də ucuzlaşa bilər.
TRY
Lirə ucuzlaşmaqda davam edir və təhlillər USD/TRY məzənnəsinin 6.33TL-yə kimi bahalaşa biləcəyini ehtimal etməyə əsas verir.
Çərşənbə axşamı saat 11:00-da Türkiyənin inflyasiyasına dair açıqlanacaq göstəricilər də investorların diqqət mərkəzindədir.
OIL
Enerji birjalarında neft qiymətləri yenidən bahalaşmağa başlayıb. Keçən həftə ərzində 18% dəyər itirən Avropanın Brent neftinin qiyməti, cümə günü 49$-da dəstək görərək, bahalaşmağa başlayıb və sonuncu səviyyənin üzərində qalarsa, yenidən 57$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir.
GOLD
Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti də 1563$-da dəstək görərək, dəyər qazanmaqdadır və 1608$-ı qırarsa, 1658$-a kimi bahalaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)








