Xəbərdarlıq: vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin nömrələri bloklamaları, mesajları spam olaraq şikayət etmələri xahiş olunur.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















