myCard ilə Yenİliyi qarşıla!
(®️) “AccessBank” Yeni ili “myCard” brendi altında yenilənmiş kart məhsulları ilə qarşılayır.
Yeni “myCard” kart çeşidlərinə “my Card Standart”, “my Card Premium”, “my Card Lux” və “my Card Junior" kartları daxildir. Müxtəlif yaş və müştəri kateqoriyalarını əhatə edən kartlar sahiblərinin gündəlik həyatlarını asanlaşdıracaq.
Yeni “myCard” kartları müsbət qalıqlara illik 6%-dək gəlir hesablamaqla yanaşı, özündə konsiyerj, beynəlxalq hava limanlarının VIP gözləmə zallarından istifadə, səyahət sığortası, “Access Qazanc” kəşbək, sms xəbərdarlıq və digər rahat və təhlükəsiz xidmətləri birləşdirir. Qeyd olunan xidmətlər ödənişsizdir.
7-17 yaş arası olan uşaqlar üçün nəzərdə tutulan “myCard Junior” isə oglan və qızlar üçün olmaqla 2 fərqli dizaynda təqdim edilib. Bu kart da “myCard” brendi altında yenilənmiş kart məhsullarının üstünlüklərinə malikdir. Bu kartların vasitəsilə valideynlər övladlarının xərclərinə rahat nəzarət edə biləcəklər. Bu kartda da müsbət qalığa görə faiz qazanmaq imkanı mövcuddur.
“myCard” kart məhsulları haqqında əlavə məlumat almaq üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, 055 440 01 51 “whatsapp” nömrəsinə yaza və ya https://www.accessbank.az/az/private/cards/mycard/ linkinə daxil ola bilərsiniz.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 14 d. əvvəl
-
-
27 d. əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
40 d. əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
2 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
AccessBank QSC taksi xidməti tenderi elan edir
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib





















