Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

8 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.

Marja xəbər verir ki, tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında kapital bazarında maliyyələşmə və investisiya alətlərinin çeşidinin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, “AZƏRMAŞ GROUP” MMC-nin istiqraz buraxılışının yerli kapital bazarının inkişafına töhfə verəcəyini və investorlar üçün yeni investisiya imkanları yaradacağını qeyd edib.

“AZƏRMAŞ GROUP” MMC-nin Maliyyə məsələləri üzrə İdarə Heyətinin sədr müavini Tariyel Abdullayev çıxışında istiqraz buraxılışının şirkətin inkişaf strategiyasında mühüm mərhələ olduğunu bildirərək, bu addımın şirkətin fəaliyyətinin genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

“Troni İnvestisiya Şirkəti” QSC-nin Direktoru Elmidar Şirinzadə isə istiqraz buraxılışının əsas xüsusiyyətləri barədə məlumat verərək, layihənin kapital bazarının inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, kupon dərəcəsi 9%, ilkin ticarət qiyməti 100 ABŞ dolları, tədavül müddəti 2 il və buraxılış həcmi 5 000 000 ABŞ dolları təşkil edən istiqrazların yerləşdirilməsi 8 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir. İstiqrazlar faizli, təminatsız adlı qiymətli kağızlardır.

Tədbirin sonunda “AZƏRMAŞ GROUP” MMC, Bakı Fond Birjası və “Troni İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılmasını simvolizə edən “Açılış Zəngi”ni çalıblar.

İş elanları AzVak.az-da

AZƏRMAŞ GROUP Azərmaş Group istiqrazları AZƏRMAŞ GROUP MMC istiqraz buraxılışı Bakı Fond Birjası BFB Açılış Zəngi mərasimi istiqrazların ticarətə buraxılması istiqraz yerləşdirilməsi korporativ istiqrazlar faizli istiqrazlar təminatsız adlı istiqrazlar qiymətli kağızlar kapital bazarı Azərbaycanın kapital bazarı yerli kapital bazarı investisiya alətləri maliyyələşmə alətləri investorlar üçün yeni imkanlar istiqraz bazarı dollar istiqrazları ABŞ dolları ilə istiqrazlar 5 milyon dollarlıq istiqraz 9 faiz kupon dərəcəsi 100 ABŞ dolları ilkin ticarət qiyməti 2 illik istiqraz istiqrazların tədavül müddəti Troni İnvestisiya Şirkəti Troni İnvestisiya Şirkəti QSC Oqtay Qasımov Tariyel Abdullayev Elmidar Şirinzadə korporativ maliyyələşmə şirkət istiqrazları investisiya imkanları qiymətli kağızlar bazarı ilkin bazar
08.06.2026 14:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19