Qazaxıstan razılaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək

Qazaxıstan OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatını azaltmaq barədə anlaşmasının müddətini uzatmaq qərarını dəstəkləyəcək.
"TASS" agentliyi xəbər verir ki, bunu ölkənin energetika naziri Kanat Bozumbayev parlamentdə çıxışı zamanı bildirib.
"Hesab edirik ki, Qazaxıstan trendə uyğun hərəkət etməlidir. Neft bazarında balans hələ əldə olunmadığından, neft hasilatının azaldılması təşəbbüsünü dəstəkləməliyik. Əgər keçən il bizim üçün ixrac neftimizin qiyməti 30 dollar/barel idisə, indi 52 dollar/bareldir. Anlaşmanın əldə olunması Qazaxıstana əlavə 22 dollar qazandırıb", - deyə nazir qeyd edib.
K.Bozumbayev, həmçinin bildirib ki, 2016-cı ildə Qazaxıstanda "Kaşaqan" yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: "Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
32 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 33 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
