Çində istehsal aktivliyi sabit templə, Yaponiyada pərakəndə satışlar sürətlə artır
Asiya birjalarından qarışıq nəticələr...Çində iqtisadi aktivliyin əsas göstəricilərindən olan istehsalatda Satınalma Menecerləri İndeksinin (Purchasing Managers’ Index-PMI) may ayı üzrə nəticələri bugün açıqlanıb.
Marja xəbər verir ki, apreldə 51.1 təşkil edən indeks 2021-ci ilin may ayı üzrə cüzi geriləyərək, 51.0 nəticə göstərib. PMI göstəriciləri 50-dən yuxarı olduqda bu, iqtisadi genişlənməni, aşağı olduqda isə azalmanı göstərir. May ayı üzrə göstəricilər iqtisadiyyatın, xüsusilə sənaye sektorunun ilin əvvəlindən etibarən təxminən eyni tempdə böyüdüyünü əks etdirir.
Bu xəbərin də təsiri ilə həftənin ilk iş günü Asiya birjalarında nisbətən ucuzlaşma müşahidə olunub. Honkonqun Hang Seng indeksi 0,47%, Çinin Şanxay kompozit indeksi 0,5%, azalıb, Şenzen komponent indeksi demək olar ki, sabit qalıb.
Yaponiya
Həftənin ilk günündə hökumətin açıqladığı statistika pərakəndə satışların aprel ayında 12% artdığını göstərib. Bu, Reutersin proqnozlaşdırdığı 15,3%-lik median bazar gözləntisindən aşağı olsa da, iqtisadiyyatın bərpasına dair bir siqnaldır. Yaponiyanın Nikkei 225 indeksi 0,71%, Topix indeksi 0,56% azalıb.
Cənubi Koreyanın Kospi indeksi 0,14% ucuzlaşıb, Avstraliyanın S&P ASX 200 indeksi dəyişməz qalıb. FTSE Bursa Malaysia KLCI indeksi 1% aşağı düşüb. Bu göstəricilər Malayziya hökumətinin koronavirus pandemiyasına görə 1-14 iyun tarixlərində sərt karantinə getmək barədə qərarından sonra qeydə alınıb.
ABŞ dollar İndeksi öncəki 90,3 göstəricisi ilə müqayisədə nisbətən azalaraq, 90,012 təşkil edib. Yapon yeni ötən həftəki 1 dollar = 110 yen göstəricisini qismən yaxşılaşdıraraq, 1 dollar = 109,68 yendə qərarlaşıb. Ötən həftə 1 Avstraliya dolları = 0,776 dollar olan Avstraliyanın milli valyutası yeni həftəyə 1 Avstraliya dolları = 0,7717 göstəricisi ilə başlayıb.
Hazırda Asiya birjalarında Brent markalı neftin qiyməti bir barrelə 68,92 dollar təşkil edir, Qərbi Texas (WTI) nefti 66,61 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























