Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Miller: Rusiyanın qaz ehtiyatları 100 ildən çox kifayət edəcək

Kəşf edilmiş faydalı qazıntıların ümumi dəyəri 28 trilyon dollardır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Miller: Rusiyanın qaz ehtiyatları 100 ildən çox kifayət edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyadakı qaz ehtiyatları dünyanın ən böyük ehtiyatıdır və hasilat üçün 100 ildən çox kifayət edəcək.

Marja xəbər verir ki, bunu "Qazprom" un idarə heyətinin sədri Aleksey Miller, Beynəlxalq İşgüzar Konqresinin 24-cü illik ümumi yığıncağında çıxışı zamanı deyib.

“Rusiyadakı qaz ehtiyatları, "Qazprom"un qaz ehtiyatları dünyanın ən böyük qaz ehtiyatlarıdır. Növbəti yüz il ərzində ehtiyatlarımızla bağlı problem yaşamayacağıq",- Miller bildirib.

Miller əlavə edib ki, hazırda "Qazprom"un Yamalda inkişaf etdirdiyi bəzi sahələr 2132-ci ilə qədər işləyəcək.

Ölkənin Hesablama Palatasının məlumatına görə, dünyanın neft ehtiyatlarının 6%-i və qaz ehtiyatlarının isə 20%-i Rusiyanın payına düşür. Yerin altındakı kəşf edilmiş faydalı qazıntıların ümumi dəyəri 28 trilyon dollardır, yəni ölkənin ÜDM-in 1900% -dir. Bu məbləğin dörddə üçü neft, qaz və kömürün payına düşür.

Palatasının hesablamalarınaa görə, hazırkı istehsal səviyyəsində neft ehtiyatları 35 il, qaz isə 50 il davam edəcək.

Eyni zamanda, neft yataqlarının üçdə ikisi, əsasən Arktikada yerləşən, çətin çıxarılan neftdir. Onun çıxarılması hazırda bahalıdır və müasir texnologiya tələb edir. Mənfəətsiz yataqlar istisna edilsə, ölkədə hələ 20 illik neft qalıb.

17.09.2021 16:21
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18