Türk lirəsinin "əriməsi" davam edir - REKORD YENİLƏDİ
Türk Lirəsi hər gün dəyərdən düşür. Lirə Dollar qarşısında 1,2% də ucuzlaşıb və Dollar/TL məzənnəsi 10.45 lirəyə yaxınlaşıb.Yüksək inflyasiyaya baxmayaraq Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endiriminə davam edəcəyinə dair gözləntilər valyuta bazarlarında yüksək gərginliyə səbəb olur. ABŞ-da inflyasiyanın son 31 ilin ən yüksək səviyyəinə çatması ilə ABŞ Mərkəzi Bankının (FED) faizi artırmağa başlayacağı tarixi önə çəkə biləcəyinə dair qayğılar ilə də dollar qlobal miqyasda, o cümlədən Türk Lirəsi qarşısında da güclənir.
Marja xəbər verir ki, Dollar 10,4417 lirəni, Avro isə 11,8679 lirəni görərək rekord yeniləyib.
Bakı vaxtı ilə saat 07:34-də Dollar/TL məzənnəsi 1,2% artım ilə 10,4378 lirə olub.
TCMB-nin cümə axşamı günü keçirəcəyi iclasında ola biləcək bir faiz endirimini "pas keçməsi" vəziyyətində bazarlardakı yüksək təzyiqin bir miqdar azala biləcəyi ifadə edilir.
Almaniyanın qabaqcıl bankı Deutsche Bank, TCMB-nin 16% səviyyəsində olan pul siyasəti faizini 1 bənd endirərək 15%-ə salcağını gözləyir.
Türkiyə Mərkəzi Bankı (TCMB) Prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqi altında sentyabr və oktyabr aylarında 3 bənd faiz endirimi edərək lirəni bu il dollar qarşısında 25%-dən çox dəyərdən düşməsinə gətirib çıxardıb. 18 Noyabrda da Türkiyə Mərkəzi Bankının faizini 1 bənd azaldaraq 16%-dən 15%-ə salacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın















.jpg)








