Şahdağ Turizm Kompleksinin saxlanılması dövlətin nəyinə lazımdır?
Millət vəkili Qüdrət Həsənquliyev qeyri-neft sektorundan daxilolmaların azalmasından və büdcə vəsaiti hesabına kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərin borc faizlərinin ödənilməsinə görə narahatlığını ifadə edib.
Q.Həsənquliyev bunu Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi bildirib.
"Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün ardıcıl tədbirlər görür. Hökumətin səylərinə baxmayaraq ötən il qeyri-neft sektoru 4,5% azalıb, neftin ucuzlaşmasına baxmayaraq neft-qaz sektorundan daxilolmalar 3,4% artıb. Neft-qaz sektorundan asılılığımız azalmaq əvəzinə artır. Dövlət zəmanəti ilə götürülən borclara görə pullar ödənilir. "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) görə 624 milyon manat ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir. Şahdağ Turizm Kompleksinin saxlanılması dövlətin nəyinə lazımdır? Eləcə də digər səhmdar cəmiyyətləri özəlləşdirmək lazımdır. Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləşdirməyin vaxtı çoxdan çatıb", - deyə millət vəkili qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


