Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kreml Kiyev ilə danışıqlar barədə: “Hələlik ümidverici heç nə demək mümkün deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreml Kiyev ilə danışıqlar barədə: “Hələlik ümidverici heç nə demək mümkün deyil”
İstanbuldakı Dolmabağça sarayında Rusiya-Ukrayna danışıqları, 29 mart 2022-ci il
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukraynanın danışıqlarda öz təkliflərini irəli sürməsi müsbət faktdır, lakin hələlik ümidverici heç nə demək mümkün deyil.

"Müsbət hal odur ki, Ukrayna tərəfi ən azı konkret olaraq öz təklifini formalaşdırmağa və kağız üzərində qoymağa başlayıb", - Peskov bildirib. Bununla belə, onun sözlərinə görə,  hələlik “çox perspektivli bir şey” yoxdur, qarşıda çox iş var.

Prezidentin mətbuat katibi əlavə edib ki, Rusiya tərəfi “əsas etibarilə danışıqlar masasında olan maddələrlə bağlı” bəyanatlardan yayınır və onların ictimai müzakirəsindən çəkinir.

O, həmçinin bildirib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski martın 30-da əlavə dəqiqləşdirmələr etməyi planlaşdırır.

Martın 29-da İstanbuldakı Dolmabağça sarayında Rusiya-Ukrayna danışıqları keçirilib. Nəticədə Kiyev Moskvaya Ukraynanın neytral və qeyri-nüvə statusu əldə etmək istəyini təsdiqləyən təklifləri verib.

30.03.2022 14:46

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18