Bakıda İnsan Resursları Zirvəsi keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə iyunun 21-22-də “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi keçiriləcək. İnsan resursları sahəsi üzrə mütəxəssislər məhz bu tədbirdə bir araya gələcək.
“Gələcəyə qayıdış” devizi ilə keçiriləcək tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.
İki gün davam edəcək Zirvə çərçivəsində çıxışlar, panel müzakirələr və vorkşoplar təşkil olunacaq. Tədbirin birinci günü “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi”, ikinci gün isə “Yeni səhifəyə keç. Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan. Strateji insan resursları idarəetməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirələr aparılacaq.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, insan resursları üzrə mütəxəssislər və digər qonaqların iştirakı nəzərdə tutulub.
İnsan Resursları Zirvəsinə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























